BANK

29 Yanvar

Gürcüstan Milli Bankı uçot dərəcəsini sabit saxlayıb

Bu gün Gürcüstan Milli Bankının Monetar Siyasət Komitəsinin növbəti iclası keçirilib. 

Fins.az Report-a istinadən xəbər verir ki, iclasda uçot dərəcəsinin 9% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub. 

Tənzimləyici qurum bəyan edib ki, ötən ay Gürcüstanda illik inflyasiya 7% təşkil edib, nominal effektiv məzənnənin azalması və digər amillər inflyasiyaya əhəmiyyətli təsir göstərib. Bu ildən qiymət artımının illik tempinin azalacağı gözlənilir. 

Monetar Siyasət Komitəsinin növbəti iclası martın 18-də keçiriləcək.

Qeyd edək ki, Gürcüstan Milli Bankı qonşu ötən ilin sentyabr ayından başlayaraq pul siyasətini sərtləşdirməyə başlayıb, uçot dərəcəsini 6,5%-dən 9%-ə çatdırıb.