BANK

29 Yanvar

Mərkəzi Bankın dövriyyədə olan notlarının həcmi 3 illik minimumu yeniləyib

Bu il yanvarın 24-nə Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə 220 milyon manatlıq notu olub. AMB-dən verilən məlumata görə, bu, yanvarın 17-si ilə müqayisədə 90 milyon manat, yaxud 29% azdır.
AMB sonuncu dəfə dövriyyədə bu qədər az nota 2017-ci ilin iyun ayında malik olub.