BANK

29 Yanvar

Kirayə üçün alınan mənzillərin orta bazar qiyməti açıqlandı

“İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən mənzillər orta bazar qiymətlərindən daha aşağı qiymətlər ilə alınıb”.

Fins.az-ın  məlumatına görə, bunu İpoteka və Kredit Zəmanəti Fondunun baş direktoru İlham Kələşov bildirib.

Kələşov, “Orta qiyməti səsləndirə bilərəm. Bugünə, İpoteka və Kredit Zəmanəti Fondunun aldığı mənzillərin orta bazar qiyməti ümumi mənzil fondu üzrə 1300 manata yaxın məbləğdir (1 kvadrat metr üçün -red). Nəzərə almaq lazımdır ki, bu mənzillər alış anına tam təmirli, çıxarışı olan mənzillərdir”, - əlavə edib.

Fondun sədri satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə müraciətlərin qəbuluna yaxın günlərdə başlanacağını bildirib. 

Azərbaycanda kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təklif olunacaq mənzillərin aylıq ödəniş Bakıda 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda isə 297 manatdan başlayacaq. 

İlkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə 331 mənzil veriləcək. 2020-ci il ərzində bu sayın 5-6 qatı qədər sayda (1600 -2000 civarında) mənzillərin kirayəyə verilməsi nəzərdə tutulur.