Unibank ölkəmizdə ikinci dəfədir keçirilən “Milli KSM mükafatı - 2019” müsabiqəsinin qalibi olub. Bankın Güllə atıcılığı üzrə milli paralimpiya komandasına dəstəyini nəzərdə tutan “Hədəf -Tokio 2020!” layihəsi müsabiqə komissiyasının qərarı ilə 2019-cu ilin ən yaxşı Korporativ Sosial Məsuliyyət layihələrindən biri seçilib. Layihə BMT-nin 17 dayanıqlı inkişaf məqsədlərindən biri olan bərabərsizliyin azaldılması istiqamətinə uyğun olduğu üçün mükafat alıb.
Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası və PROAKTİV PR Agentliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə layihələr İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,ASAN Xidmət, ABAD, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Gənclər Təşkilatları Milli Şurasının nümayəndələrinin daxil olduğu komissiya tərəfindən dəyərləndirilib.
Xatırladaq ki, Unibank 2018-ci ilin əvvəllərində Azərbaycan bank sektorunda ən böyük Korporativ Sosial Məsuliyyət layihələrdən birinə imza atıb. 2018-ci ilin mart ayından etibarən bank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. Bu layihəyə dəstəkdə verməkdə məqsəd, Güllə atıcılığı üzrə milli paralimpiya komandasının inkişafına çalışmaqla yanaşı, bu sahədə ölkəmizin beynəlxalq yarışlarda təmsilçiliyinə və uğurlarına kömək göstərməkdir.
2019-cu il bu layihə üçün çox uğurlu il olub. “Unibank”ın yaxından dəstəyi nəticəsində Güllə atıcılığı üzrə milli paralimpiya komandası böyük uğura imza atıb. Azərbaycan Milli Paralimpiya Komitəsinin Güllə atıcılığı üzrə milli paralimpiya komandasının iki idmançısı -Yelena Taranova və Kamran Zeynalov 2019-cu ildə Avstraliyada keçirilən dünya çempionatında yüksək nəticə göstərərək, Tokio-2020-yə lisenziya qazanıblar. 2019-cu il ərzində Azərbaycan Milli Paralimpiya Komitəsinin idmançılarının 2020-ci il Tokio Yay Paralimpiya Oyunlarında iştirak üçün qazandığı 7 lisenziyadan 2-si məhz “Unibank”ın dəstək verdiyi komanda tərəfindən əldə edilib. Bu isə “Unibank”ın komandanın inkişafında verdiyi böyük dəstəyin nəticəsidir.
Unibank- hər kəsin bankı!