BANK

27 Yanvar

Bakıda Fletçer Məktəbinin Klubu açıldı

22 yanvar 2020-ci il tarixində ABŞ-ın Masaçusets ştatında yerləşən Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbi məzunlarının təşəbbüsü ilə Bakıda Məzunlar klubunun açılışı baş tutdu. Bakı Fletçer Klubu dünyanın hər bir guşəsində yerləşən 90-dan artıq klublar ailəsinə qoşuldu. Fletçer Klubları məzunlar üçün müxtəlif peşəkar və sosial əlaqələrin qurulmasına xidmət göstərir. Məzunlar arasında münasibətləri gücləndirmək və davamlı təhsil üçün imkanlar yaratmaqla yanaşı, Fletçer Klubları Məktəbin missiyasını daha da gücləndirilməsi məqsədini daşıyır.

              

Bakı Fletçer Klubunun rəhbəri Vüqar Sadiq, F’05, yeni klubun açılması ilə əlaqədar Fletçer icmasını təbrik etdi və Azərbaycanı Fletçer məktəbi, tələbələr və məzunlar şəbəkəsi ilə yenidən bir araya gətirmək arzusunu bildirdi. “Fletçer təhsili dünya qarşısında dayanan ciddi çağırışların müzakirə və həll olunmasına fokuslaşır və tələbələri beynəlxalq məsələləri daha dərindən başa düşmək üçün qlobal perspektivlə təmin edir. Biz, eyni zamanda, beynəlxalq əlaqələr və beynəlxalq biznes sahələrində öz praktiki biliklərini genişləndirmək istəyən Azərbaycan tələbələri arasında da Fletçer Məktəbini təşviq edəcəyik”, – deyə, Vüqar Sadiq bildirib.

 

Klubun ilk yığıncağında ABŞ-ın Azərbaycandakı Səfiri LiLitzenberger də iştirak edib. O, çıxışı zamanı klub üzvlərinə bildirdi ki, onlar Azərbaycan abituriyentlərinin Fletçer Məktəbinə qəbulunu əsas iş istiqamətlərindən biri kimi müəyyən etsinlər. “Amerika Birləşmiş Ştatlarında Fletçer Hüquq və Diplomatiya Məktəbi ilə yanaşı dünyanın beynəlxalq münasibətlər üzrə ən yüksək səviyyəli təhsil ocaqları yerləşir. Bəzi ölkələr öz diplomat və dövlət qulluqçularının Fletçer Məktəbində və ya başqa universitetlərdə təhsil almalarını dəstəkləyirlər. Ümid edirəm ki, yeni yaradılan klub hökumət və özəl sektor qurumları ilə tərəfdaş olaraq beynəlxalq əlaqələr sahəsində biliklərini təkmilləşdirmək istəyən Azərbaycan peşəkarlarının Fletçer Məktəbinə qəbul olmalarına və təqaüd almalarına imkan yaradacaq”, – deyə, LiLitzenberger qeyd edib.

 

Fletçer Məktəbi öz qapılarını 1933 ildə açılmasından bəri dünya əhəmiyyətli səviyyədə dəyişib. Fletçer Məktəbinin inkişaf etməsinə və böyüməsinə baxmayaraq onun əsas missiyası dəyişilməz qalıb: mürəkkəb, çətin və getdikcə daha çox qloballaşan cəmiyyətin sabitliyini və rifahını qoruyub saxlamağa çalışan peşəkarları yetişdirmək. Məktəb təsir mövqelərini gücləndirilməsi, yerli, milli və beynəlxalq icmalara xidməti məqsədilə yeni bünövrənin qurulmasına, və dünyanın ən əlçatmaz çağırışların çözülməsi üçün ədalətli və qarşılıqlı faydalı həllərin tapılmasına xidmət edən tələbələrin hazırlanmasına davam edir.Fletçer Məktəbində təhsillə əlaqədar əlavə məlumat üçün: //fletcher.tufts.edu