Rebrendinq prosesində olan Yelo Bankın (keçmiş İKB Nikoil) komandası təcrübəli kadrlarla güclənməyə davam edir.
Elşən Pirmalıyev bankın Biznes bankçılıq idarəsinin baş direktoru təyin olundu. Tənzimləyici orqanın müvafiq təsdiqindən sonra o İdarə Heyəti sədrinin müavini vəsifəsini tutacaq.
Bu təyinata qədər Elşən Pirmalıyev 15 il AccessBankda işləyib. Əmək fəaliyyətinə 2005-ci ilin aprel ayında kredit mütəxəssisi kimi başlayan Elşən Pirmalıyev baş direktor vəzifəsinədək yüksəlib.
Təcrübəli bankir eyni zamanda Azərbaycan Mikromaliyyə Assosasiyasının İdarə Heyətinin üzvü, Azərbaycan Banklar Assosiasiyasının Kredit işi Ekspert qrupunun rəhbəridir.
Bizim haqqımızda daha çox məlumat əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng vurun və ya Facebook və Instagram üzərindən yazın, məmnuniyyətlə cavablandıraq!