BANK

27 Yanvar

Avro sürətlə UCUZLAŞIR

Beynəlxalq valyuta birjalarında Çində aşkarlanan koronavirusunun getdikcə yayılması xəbərləri qeyri-müəyyənlikləri artırmaqla, dollara olan tələbi də artırır.

Fins.az xəbər verir ki, bu EUR/USD məzənnəsində də özünü göstərir və məzənnədə ucuzlaşma tendensiyasının 1.09$-a kimi dərinləşə biləcəyi proqnozlaşdırılır. 

Bununla yanaşı, cari həftə ərzində çərşənbə günü Bakı vaxtı ilə saat 23:30-da baş tutacaq Amerika Mərkəzi Bankının (FED) mətbuat konfransı, cümə axşamı saat 17:30-da ABŞ-dan və cümə günü saat 14:00-da Avrozonadan dərc ediləcək iqtisadi inkişafa dair önəmli fundamental göstəricilər də diqqət mərkəzində olacaqdır.