Yanvarın 31-də Azərbaycan Mərkəzi Bankının 2020-ci ildə pul siyasətinə həsr olunan ilk iclası keçiriləcək. İclasda faiz dəhlizinin parametrlərinə dair qərarlar veriləcək. Faiz qərarı həmin gün ictimaiyyətə açıqlanacaq və Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransı keçirəcəkdir.
Fins.az-ın məlumatına görə, 2019-cu ildə Mərkəzi Bankının İdarə Heyətinin 8 dəfə iclası keçirilmiş və bütün iclaslarında faizlərin endirilməsinə qərar veilmişdi.
2017-ci ildə Mərkəzi Bankın uçot dərəcəsi 15% səviyyəsində idi. 2018-ci ilin Fevral ayında uçot dərəcəsi 13%ə, Aprel ayında 11%-ə, İyul ayında 10%-ə, Oktyabr ayında 9,75%-ə endirildi. Uçot dərəcəsi 2019-cu ilin Fevral ayında 9,25%-ə, Mart ayında 9%-ə, Aprel ayında 8,75%-ə, İyun ayında isə 8,5%-ə, İyul ayında 8,25%-ə, Sentyabr ayında isə 8%-ə, Oktyabr ayında 7,75%-ə, Dekabr ayında isə 7,50%-ə salındı.
İllik inflyasiya Mərkəzi Bankın hədəf diapazonunda (4±2%) qaldığından Yanvarın 31-də də faiz endirəcəyi ehtimalı yüksəkdir. Əgər bu dəfə də 0,25 baza bəndi azaltma olarsa uçot dərəcəsi 7.25%-ə düşəcəkdir. Mərkəzi Bank daha yüksək nisbətdə - 0,50 baza bəndi də faiz endiriminə gedə bilər.