BANK

24 Yanvar

Növbəti depozit hərracı keçiriləcək - MƏBLƏĞ

27 yanvar 2020-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracın keçiriləcək.

Fins.az xəbər verir ki, hərrac vasitəsilə 100 milyon manat cəlb edilməsi nəzərdə tutulur. 

Müddət 14 gün, faiz dərəcəsi 5,76% - 7,49% aralığındadır.

Xəbər verdiyimiz kimi,  22.01.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 28 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 592,2 milyon manat  təşkil etmişdir. Mərkəzi Bank 100 milyon manat cəlb etmişdir.

21.01.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 13 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 785,4 milyon manat təşkil etmişdir. Mərkəzi Bank 150 milyon manat cəlb etmişdir.

15.01.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 28 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 757 milyon manat təşkil etmişdi. Mərkəzi Banka istinadən xəbər verir ki, hərrac vasitəsilə 150 milyon manat cəlb etmişdir.

13.01.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 883,95 milyon manat təşkil etmişdi. Hərrac vasitəsilə 150 milyon manat cəlb edilmişdir.

08.01.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 28 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 678,9 milyon manat təşkil etmişdi. Hərrac vasitəsilə 150 milyon manat cəlb edilmişdir.

07.01.2020-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 909,1 milyon manat təşkil etmişdi. Hərrac vasitəsilə 150 milyon manat cəlb edilmişdir.

30.12.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 711,2 milyon manat təşkil etmişdi. Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləği də cəlb etmişdir.

© Marja