Lombardların fəaliyyəti Mülki Məcəllənin 302-ci maddəsi ilə tənzimlənir
Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb
Məlumatda bildilir ki, Mülki Məcəllənin 302.1-ci maddəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər.
Həmçinin məlumatda "bununla yanaşı, lombard fəaliyyəti "Lisenziyalar və icazələr haqqında" Qanunda lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısında müəyyən edilməyib"-deyə qeyd olunur.
Müəllif: Aynur Qəniyeva