Dünya Bankı (DB) ədliyyə sistemində islahatların davam etdirilməsi üçün Azərbaycana 50 milyon dollar məbləğində kredit ayırmağı planlaşdırır, bununla bağlı rəsmi danışıqlar fevralın sonunda aparıla bilər.
“DB ədliyyə sistemində islahatların davam etdirilməsi üçün Azərbaycana əlavə 50 milyon dollar məbləğində kredit ayırmağı planlaşdırır. Bununla bağlı rəsmi danışıqlar fevralın sonunadək baş tuta bilər”, - deyə bankın Bakıdakı nümayəndəliyindən məlumat verilib.
Vəsaitin elektron məhkəmə sisteminin inkişafına, müvafiq IT-avadanlıqlarının alınmasına yönəldilməsi planlaşdırılır.
DB 2014-cü ilin iyul ayında “Ədliyyə sahəsində xidmətlər və yüksək texnoloji məhkəmə infrastrukturu” layihəsinin həyata keçirilməsi üçün Azərbaycana 100 milyon dollar məbləğində kreditin ayrılmasını təsdiq edib. 30 iyun 2020-ci il tarixində başa çatacaq layihə çərçivəsində ədliyyə işçiləri üçün treninqlərin keçirilməsi, məhkəmələrin inzibati binalarının tikintisi, ədliyyə sahəsində xidmət sisteminin təkmilləşdirilməsi nəzərdə tutulub.
© "İnterfaks-Azərbaycan”