BANK

24 Yanvar

Təhlillər Dolların bahalaşmanın davam edəcəyini göstərir

Foreksdə dolların bahalaşmasına səbəb kimi texniki amillər göstərilir və bahalaşmanın davam edəcəyi proqnozlaşdırılır.

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşmanın davam etdiyi müşahidə edilir. Buna əsas səbəb isə qiymətin texniki mənzərəsidir və təhlillər bahalaşmanın davam edəcəyini göstərir. 

Qızılda bahalaşma 1568$-ın qırılması ilə güclənə bilər. 

Əlvan metallar bazarlarında da qızılın qiyməti 1552$-da dəstək görərək bahalaşmağa başlayıb və cari tendensiyanın sürətlənməsi üçün 1568$-ın qırılması önəmli rol oynayacaqdır. 

Avrozona və İngiltərədən önəmli göstəricilər açıqlanacaq. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00 və 13:30-da müvafiq olaraq açıqlanacaq Avrozona və İngiltərədən sənayə və xidmət sektorları ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.