“MuğanBank” ASC-nin təşkilati strukturunda bir sıra dəyişikliklər edilib, departamentlərin adı dəyişdirilib.
Fins.az Banker.az-a istinadən xəbər verir ki, “Ödəniş sistemləri və təcili pul köçürmələri departamenti” bundan sonra, “Ödəniş sistemləri departamenti”, “Sənədli Əməliyyatlar və Qiymətli Kağızlar Departamenti” “Sənədli Əməliyyatlar Departamenti” kimi, “Pərakəndə Bankinq və Beynəlxalq Maliyyə İnstitutları ilə iş departamenti” “Pərakəndə Bankçılıq departamenti” kimi fəaliyyət göstərəcəkdir.
Qeyd edək ki, bankın strukturunda 23 departament fəaliyyət göstərir.