BANK

24 Yanvar

"Fitch": "Qlobal banklar üzrə neqativ proqnozların payında azalma var"

Qlobal banklar üzrə ötən ilin birinci yarısında ilin ikinci yarısı ilə müqayisədə neqativ proqnozların payında azalma qeydə alınıb.

Bu barədə "Fitch Ratings" reytinq agentliyinin yeni proqnozunda bildirlir

"Fitch"in məlumatına əsasən, mənfi proqnozların qlobal payı 2019-cu ilin sonunda 13%, müsbət proqnozların payı isə 5% olub. Ötən ilin birinci yarısının yekunları ilə müqayisədə olaraq müsbət proqnozlu bankların sayı 1 faiz bəndi artıb, mənfi proqnoz verilən bankların sayı isə 4 faiz bəndi azalıb.

Reytinq agentliyi qeyd edir ki, mənfi proqnozların çoxu Cənubi Amerika və Şərqi Afrika regionunun banklarına aiddir.