BANK

24 Yanvar

AFB Bank səhmdarların növbədənkənar yığıncağı keçiriləcək

AFB Bank ASC-nin Müşahidə Şurası Səhmdarlarının ümumi yığıncağının növbədənkənar iclası keçiriləcək.

İclas 24 Fevral, saat 10:00-da Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, Nəriman Nərimanov prospekti, 206 ünvanında baş tutacaq. Yığıncağın gündəliyinə AFB Bankın 2018-ci maliyyə ili üzrə xalis mənfəətinin bölüşdürülməsi, eləcə də digər məsələlər daxildir.

Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır.Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatıwww.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.