BANK

24 Yanvar

Özbəkistanın ilk lisenziyalı kriptovalyuta birjası – UzNex

 Özbəkistanın paytaxtı Daşkənd şəhərində təsisiçisi KOBEA GROUP olan ölkənin ilk lisenziyalı kriptovalyuta birjası olan UzNEX fəaliyyətə başladı. Rəqəmsal iqtisadiyyat və blockchain texnologiyasına həsr edilən beynəlxalq konfransda UzNEX birjasının təqdimatı keçirilib Özbəkistan Respublikasının Prezidenti yanında rəqəmsal iqtisadiyyatın inkişafı üçün “Rəqəmsal İnam” Fondu tərəfindən təşkil olunan konfransda Cənubi Koreya, Yaponiya, Sinqapur və Özbəkistanın blockchain sahəsində aparıcı dövlət və özəl şirkətlərin rəhbərləri iştirak edib.

     UzNEX, faktiki olaraq Mərkəzi Asiya regionununda milli valyuta, kredit kartları və ABŞ dolları ilə ticarət əməliyyatlarının mümkün olduğu yeganə lisenziyalı kriptovalyuta birjasıdır. Özbəkistan vətəndaşlarına birjada kriptovalyuta satmaq hüququ veriləcək və Özbəkistan rezidentləri isə birjanın bütün xidmətlərindən milli qanunvericilik çərçivəsində istifadə edə biləcəklər. Qaydalara əsasən ölkədə kriptovalyutaların ödəniş vasitəsi kimi istifadəsi qadağandır və Özbəkistan vətəndaşları birjada yalnız kriptovalyutaların satışı ilə bağlı əməliyyatlar apara bilərlər. Birjanın fəaliyyəti üzrə qaydaların tərtib edilməsi zamanı maliyyə cinayətləri və çirkli pulların yuyulmasına ilə mübarizə üzrə hökümətlərarası beynəlxalq qurum olan FATF-ın kriptovalyutaların ticarətinə aid standartları nəzərə alınıb.

  KOBEA GROUP gələcəkdə Özbəkistanın aparıcı universitetlərində blockchain kafedralarını açmağı da planlaşdırır.