BANK

23 Yanvar

PAŞA Bank “Ticarətin maliyyələşdirilməsi üzrə Azərbaycanın ən yaxşı bankı” adına layiq görülüb

Beynəlxalq işgüzar nəşri olan Global Finance jurnalı 2020 ildə "Best Trade and Supply Chain Finance Awards" mükafatının qalıbləri barədə məlumatı açıqladı.

Əsaslı seçim prosesinin nəticəsində ölkənin aparıcı korporativ bankı PAŞA Bank 2020-ci ildə "The Best Trade Finance Provider in Azerbaijan" mükafatına layiq görüldü.

2020-ci ilin qaliblərinin seçimi zamanı Global Finance jurnalının heyəti əməliyyatların həcmi, qlobal əhatə dairəsi, müştəri xidməti, rəqabətli qiymət və innovativ texnologiya kimi amilləri nəzərə almışdır.

Qaliblərin mükafatlandırılması 15 yanvar 2020-ci il tarixində Frankfurt şəhərində keçirilən Maliyyə və Ticarət üçün Bankirlər Birliyinin (BAFT) illik iclası çərçivəsində baş tutmuşdur.

Qeyd edək ki, "Global Finance" jurnalı 1987-ci ildən dərc olunur və dünyanın 180 ölkəsində yayılır. Jurnalın redaksiyası dünyada baş verən ən mühüm maliyyə hadisələrini təhlil edir, həmçinin Mərkəzi və Şərqi Avropa, Asiya-Sakit okean regionu, Yaxın Şərq və Afrika və s. bu kimi regionlarda bank tədqiqatları aparır.