BANK

23 Yanvar

Unibankın 0% komissiyalı biznes krediti kampaniyası davam edir

Gəliriniz artmırsa, deməli biznesinizi böyütməyin vaxtı çatıb! Biznesi daha da genişləndirmək üçün vəsaiti hardan alım- deyirsinizsə, vaxt itirmədən “Unibank”a yaxınlaşın. Çünki bankın komissiyasız biznes krediti kampaniyasının bitməsinə çox az vaxt qalıb. Yanvarın 31-dək məbləğindən, müddətindən, istiqamətindən asılı olmayaraq, “Unibank”da bütün biznes kreditləri 0% komissiyalıdır.  2020-ci ilə biznesiniz üçün böyük hədəfləriniz varsa,  bu kampaniya sizin üçün əla fürsət olacaq.

Unibankın biznes müştərisi olmaq hansı üstünlüklər verir?

  • Sərfəli tariflər;
  • Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;
  • Hesabın onlayn açılması;
  • Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;
  • Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;
  • Sənəd dövriyyəsinin minimuma endirilməsi;
  • Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;
  • Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər.

Mikro kredit götürmək istəyən iş adamları isə “Unibank”ın  “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”, “Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”, “Neftçilər”, “Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”, “Bərdə”, “Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”, “Salyan” və “Lənkəran” filiallarına  müraciət edə bilərlər.  

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan//www.unibank.az/az/corporate-clients əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!