BANK

22 Yanvar

Mastercard Qiymətsiz Planet Koalisiyası yaratdı

Mastercard və tərəfdaşları iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün "Qiymətsiz Planet Koalisiyası" yaradıblar.

Fins.az  xəbər verir ki, "Qiymətsiz Planet Koalisiyası" 5 il ərzində 100 milyon ağac əkməyi vəd edir.

Ətraf mühitə ixrac edilən karbon tullantılarını azaltmağa kömək etmək üçün şirkətlərin enerjiyə qənaət edən iş yerlərinə və əməliyyatlara investisiya qoymaları, həmçinin bərpa olunan enerjidən istifadə etmələri və dayanıqlı tədarük zəncirini dəstəkləmələri həlledici faktordur.

“Kim olduğunuzdan və nə etməyinizdən asılı olmayaraq, iqlim dəyişikliyi sizə təsir edir. Lakin, o, ən böyük mənfi təsirini sosial və iqtisadi cəhətdən həssas olanlara göstərir. Artıq ətraf mühitdə buraxdığımız izlərə laqeyd olmağın vaxtı keçib. Hazırki kursumuzu dəyişdirmək və hamımızı daha yaxşı gələcəyə hazırlamaq üçün ən yaxşı şansımız şirkətlər və istehlakçıları ortaq bir hədəfə doğru eyni istiqamətə yönəltməkdir” – deyə “Mastercard”ın prezidenti və baş icraçı direktoru Ajay Banqa bildirib.

“Mastercard” və onun müştərilərinin xidmətləri təxminən 3 milyard istehlakçı və korporativ kart sahiblərini əhatə edir. Bu yeni öhdəliyin əsas elementlərindən biri həmin insanları hərəkətə keçməyə ruhlandırmaqdır.

 

İştirakçı şirkətlər öz dayanaqlılıq strategiyalarını həyata keçirməyə davam etdirməklə yanaşı, həm də Koalisiya daxilində kampaniyalar üçün də əməkdaşlıq edəcəklər. Kampaniya London, Nyu York, Stokholm, Helsinki, Ankara, Barselona və bir çox tərəfdaş şəhərlərdə başladılacaq.

Paralel olaraq, Mastercard-ın korporativ kart müştəriləri, öz işçilərinin səyahət, alış-veriş və xidmətlər üçün kart ödənişləri zamanı Koalisiyanın ağacəkmə təşəbbüslərinə töhfə verə biləcəklər.

Kampaniyaya maraq göstərən maliyyə qurumları, ticarətçilər, istehlakçılar və dünyanın dörd bir tərəfindəki rəqəmsal tərəfdaşlar bu işdə iştirak etməyə və həmçinin ağacəkmə proqramına töhfə vermək üçün istehlakçı və işçiləri cəlb etməyə dəvət olunurlar.

 

Mastercard-ın qlobal ödəmə infrastrukturu kampaniyaya töhfə vermək üçün bır sıra aparıcı pərakəndə mərkəzlərində "yuvarlaqlaşdırma" kimi əlavə üsullar təqdim edir. Bu üsul vasitəsilə kart sahibi istehlakçılar ödəniş nöqtəsində öz ödənişlərinə "ağacəkmə ianəsi" də əlavə edə bilərlər