BANK

22 Yanvar

AMB depozit hərracında 100 milyon manat cəlb edib

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti depozit hərracında 100 milyon manat cəlb edib. Bu barədə Mərkəzi Bank  məlumat verilib.

“Mərkəzi Bank yanvarın 22-də keçirilən hərracda 100 milyon manat məbləğində vəsait cəlb edib. Hərrac zamanı təklif 592,2 milyon manat, orta ölçülmüş faiz dərəcəsi 5,76% təşkil edib”, - bankdan bildirilir.

Vəsaitlər 28 gün müddətinə cəlb edilib.

Xəbər verildiyi kimi, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb