BANK

22 Yanvar

Dünyanın aparıcı mərkəzi bankları kriptovalyutaları araşdırmaq üçün birgə komissiya yaradıblar

Beynəlxalq Ödənişlər Bankı (BIS) və dünyanın aparıcı mərkəzi bankları kriptovalyutaların beynəlxalq bazarlardakı vəziyyətini qiymətləndirmək üçün birgə komissiya yaradıblar.

Bu barədə Avropa Mərkəzi Bankının (ECB) açıqlamasında bildirilib.

Məlumata görə, kriptovalyutaları araşdırmaq üçün qurulan komisiyyada Kanada, İngiltərə, Yaponiya, Avropa, İsveçrə Mərkəz Bankları, Riksbank və Beynəlxalq Ödənişlər Bankı yer alıb.

Qeyd edək ki, mərkəzi banklar kriptovalyutaların istifadə nümunələrini, iqtisadi, funksional və texniki dizayn variantlarını, bu sahədə beynəlxalq əməkdaşlığı və yeni texnologiyaları haqqında məlumat toplayacaqlar.

© Report