BANK

22 Yanvar

AFB Bank-da daha bir peşakarı öz komandasına cəlb etdi

Musa Xudiyev  21.01.2020-ci il tarixindən etibarən Bankın İdarə Heyəti Sədrinin müşaviri vəzifəsi üzrə işə qəbul edilib.

Bank sahəsində 13 illik təcrübəyə malik olan Musa Xudiyev  “Zaminbank” ASC - də bir sıra vəzifələrdə, “Bank Standard” QSC – də rəhbər vəzifələrdə, son olaraq isə “Rabitəbank” ASC-də Filialların idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışmışdır.

Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır.Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatıwww.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Müəllif: Aynur Qəniyeva