EUR/USD məzənnəsində 0.7% ucuzlaşma müşahidə olunur.
Fins.az xəbər verir ki, Beynəlxalq valyuta birjalarında dolların bahalaşması fonunda ən çox dəyər itirən məzənnə EUR/USD məzənnəsidir. Buna səbəb isə Avropa Mərkəzi Bankının sıfır faiz siyasəti və Almaniya iqtisadiyyatında böhran risklərinin olmasıdır. Beləliklə, EUR/USD məzənnəsi 1.11$-ın altında qaldıqca, 1.10$-a kimi də dəyər itirə bilər.
Breksit və ABŞ-Çin ticarət münasibətləri fonunda müsbət xəbərlərin yayılması isə GBP/USD məzənnəsi ilə yanaşı enerji birjalarında neft qiymətlərinə müsbət təsir edir.