“Yelo Bank” peşəkar kadrları özünə cəlb edir
Yaşar Kərimov tənzimləyici orqanın müvafiq təsdiqindən sonra, “Yelo Bank “ASC İdarə Heyəti sədrinin müavini və Pərakəndə bankçılıq idarəsinin rəhbəri vəzifələrində fəaliyyətə başlayacaq.
Bu barədə fins.az-a Bankdan bildirilib.
Həmçinin, təcrübəli bankir xidmət modelinin dəyişdirilməsi prosesinə də rəhbərlik edəcək.
Yaşar Kərimov bank sahəsində 15 illik təcrübəyə malikdir və uzun müddət digər banklarda pərakəndə bankçılıq, marketinq və biznesin inkişafı, o cümlədən informasiya texnologiyaları sahəsində rəhbər vəzifələr tutub.
“Bu təyinat bankın inkişafına güclü impuls verəcək və yeni "Brighter Banking" xidmət modelinin inkişafına yardım edəcək. Yeni modelə əsasən, hər bir müştəriyə göstərilən xidmət daha əlçatan, sürətli və parlaq olacaq”,- "Yelo Bank"dan bildirilib.