2019-cu ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17184,3 milyon manat vəsait yönəldilib. Həmin vəsaitin 2 milyard 62 milyon 116 min manatı(12%-i) bank kreditləri təşkil edir.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika komitəsi məlumat yayımlayıb
Məlumatda bildirilir ki, 2019-cu ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17184,3 milyon manat vəsait yönəldilib
Qeyd olunur ki, əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,0 faiz, büdcə vəsaitləri 28,3 faiz, bank kreditləri 12,0 faiz, əhalinin şəxsi vəsaitləri 5,7 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri 1,2 faiz, sair vəsaitlər isə 0,8 faiz təşkil eedib.
Müəllif: Aynur Qəniyeva