BANK

21 Yanvar

Preizdent Əliyev “VTB Bank”ın Azərbaycanda real sektoruna kredit qoyuluşunun artırılmasını gözləyir

Azərbaycan prezidenti İlham Əliyev Davosda “VTB Bank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostinlə görüş zamanı Azərbaycan iqtisadiyyatının real sektoruna kredit qoyuluşunun artırılmasını təklif etdi.

“Görüşdə “VTB Bank”ın Azərbaycanda uzun müddət uğurlu fəaliyyət göstərdiyi qeyd olundu. Bildirildi ki, Azərbaycan Dövlət Neft Fondu ilə “VTB Bank” arasında səmərəli əməkdaşlıq davam edir. Prezident Əliyev “VTB Bank”ın Azərbaycan iqtisadiyyatının real sektoruna kredit qoyuluşunun artırılmasını təklif etdi”, - Azərbaycan liderinin rəsmi saytındakı məlumatda qeyd edilir.

Öz növbəsində, Kostin vurğulayıb ki, təklifə müsbət yanaşır və dövlət başçısını əmin etdi ki, “VTB Bank” bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcək.

“Söhbət zamanı Azərbaycanla Rusiya arasında bütün sahələrdə olduğu kimi, iqtisadi-ticari sahədə də əlaqələrin uğurla inkişaf etdiyi bildirildi. Ticarət dövriyyəsinin artan istiqamətdə davam etməsinin və daha da sürətləndirilməsinin vacibliyi qeyd olundu. Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı”, -məlumatda bildirilir.

2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.