Ölkənin yeganə kredit bürosu olan Azərbaycan Kredit Bürosu (AKB) Müşahidə Şurası sədri dəyişib.
Məlumata görə, AKB-nin Müşahidə Şurasının bu günə qədər sədri olan Asəf Hüseynov vəzifəsindən ayrılıb. Onun yerinə isə Fərid Abuşov təyin edilib.
Bildirək ki, F.Abuşov 2017-ci ildə tənzimləyicinin qərarı ilə ləğv edilən “Dəmirbank” ASC-nin İdarə Heyəti sədri kimi çalışıb – bu da təqribən 11 ili əhatə edir. O, bu bankın ləğvindən sonra Əmanətlərin Sığortalanması Fondu (ADIF) Baş direktora məsləhətçi təyin edilib və 2019-cu ilin iyunundan “Unibank”a gəlib.
Azərbaycanın ilk özəl kredit bürosu “Azərbaycan Kredit Bürosu” MMC (AKB) 15 yanvar 2018-ci il tarixində ölkənin 8 böyük bankının təsisçiliyi ilə yaradılmışdır.
(c)Banker