BANK

21 Yanvar

Avro və sterlinqin məzənnəsi diqqət mərkəzində

Beynəlxalq valyuta birjalarında bu gün EUR/USD və GBP/USD məzənnələri açıqlanacaq önəmli fundamental məlumatlar fonunda diqqət mərkəzində olacaqdır.

Bu gün Bakı vaxtı ilə saat 13:30-da dərc ediləcək göstəricilər üzrə proqnozlara əsasən, Böyük Britaniyada işsizliyin azalması və əmək haqlarının artması dinamikası zəifləyə bilər. 

Avrozonanın gələcək iqtisadi gözləntilərini ölçən indeksin də saat 14:00-da azalma ilə yayımlanması proqnozlaşdırılır. 

Beləliklə, proqnozlar özünü doğruldacağı təqdirdə, avro və funtda müşahidə edilən ucuzlaşma davam edə bilər.