BANK

01 Aprel

Azərbaycandan nə qədər kapital çıxarılıb? - MƏBLƏĞ

2019-cu ildə Azərbaycandan 3 milyard 222,1 milyon dollar məbləğində kapital çıxarılıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının  dərc etdiyi tədiyə balansına dair məlumatda qeyd olunur.

2018-ci ildə Azərbaycandan $3 milyard 156,2 milyon məbləğində kapital çıxarılıb. Beləliklə, hesabat dövründə Azərbaycandan kapitalın çıxarılma həcmi 2,1% artıb.

Eyni zamanda, 2019-cu ilin IV rübündə kapitalın repatriasiya həcmi 2019-cu ilin III rübündə qeydə alınmış $969,7 milyona, II rübdə $655,1 milyona və I rübdə $740,8 milyona qarşı $856,5 milyon təşkil edib.