Fins.az-ın informasiya dəstəyi ilə “Caspian Motor Show 2026” uğurla başa çatıb

Fins.az-ın informasiya dəstəyi ilə “Caspian Motor Show 2026” uğurla başa çatıb

AVTO
193

Fins.az xəbər portalının informasiya dəstəyi ilə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının təşkilatçılığı əsasında keçirilən “Caspian Motor Show 2026” avtomobil sərgisi uğurla başa çatıb.

26–28 iyun tarixlərində Sea Breeze Resort ərazisində təşkil olunan sərgi avtomobil sənayesinin aparıcı nümayəndələrini, dilerləri və avtomobil həvəskarlarını bir araya gətirib. Üç gün davam edən tədbir ölkənin avtomobil bazarındakı yeniliklərin nümayiş olunduğu əsas platformalardan biri olub.

Tədbirin informasiya dəstəkçisi olan Fins.az sərgi çərçivəsində təqdim olunan yenilikləri, avtomobil bazarındakı tendensiyaları və iştirakçı şirkətlərin fəaliyyətini operativ şəkildə işıqlandıraraq geniş auditoriyaya çatdırıb.

Fins.az – iqtisadiyyat və biznes xəbərlərinin etibarlı ünvanı

2013-cü il oktyabrın 18-də fəaliyyətə başlayan Fins.az hazırda Azərbaycanın aparıcı iqtisadi-media platformalarından biridir. "Biznesin nəbzini tut!" devizi ilə fəaliyyət göstərən portal iqtisadiyyat, maliyyə, sənaye, avtomobil, əmlak, turizm, nəqliyyat, İKT və digər strateji sahələr üzrə operativ xəbərlər, analitik yazılar, müsahibələr və bazar icmalları təqdim edir.

Portal dövlət qurumları, maliyyə institutları və biznes subyektləri ilə əməkdaşlıq edərək ölkənin iqtisadi gündəmini operativ və peşəkar şəkildə işıqlandırır. Fins.az-ın əsas fəaliyyət prinsipləri obyektivlik, operativlik və peşəkar jurnalistikadır.

VT Company şirkətinə məxsus olan portal media, PR və kommunikasiya sahəsindəki peşəkar yanaşması ilə biznes ictimaiyyətinin etibarlı informasiya mənbələrindən biri kimi fəaliyyətini davam etdirir.

50-dən çox avtomobil modeli nümayiş etdirilib

Təşkilatçıların məlumatına görə, sərgidə 17 avtomobil markasını təmsil edən 50-dən çox müxtəlif model ziyarətçilərə təqdim olunub. Bununla yanaşı, golf avtomobilləri, motosikllər və digər mikromobillik vasitələri də sərginin ekspozisiyasında yer alaraq tədbirə əlavə rəng qatıb.

Sərgi çərçivəsində iki avtomobil markası özünün yeni modellərinin təqdimatını keçirib və iştirakçılar həmin avtomobillərlə yaxından tanış olmaq imkanı əldə ediblər.

26 illik ənənəyə malik avtomobil sərgisi

Təşkilatçılar bildiriblər ki, “Caspian Motor Show” artıq 26 ildir keçirilir və Azərbaycanın avtomobil sektorunun ənənəvi tədbirlərindən biri hesab olunur.

Sərginin təşkilati dəstəyi Azərbaycan Avtomobil Federasiyası tərəfindən göstərilib. Tədbirin dəstəkçiləri sırasında Sea Breeze Resort, Asor Group, Paşa Bank, Proven və VMF şirkətləri yer alıb.

İnformasiya dəstəkçisi kimi Fins.az tədbirin əsas yeniliklərini və avtomobil bazarına dair aktual məlumatları geniş oxucu auditoriyasına çatdıraraq sərginin informasiya tərəfdaşlarından biri kimi mühüm rol oynayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fins.az-ın informasiya dəstəyi ilə “Caspian Motor Show 2026” uğurla başa çatıb — Fins.az — Fins.az