Sea Breeze Resort-da “Caspian Motor Show 2026” avtomobil sərgisi keçirilib

Sea Breeze Resort-da “Caspian Motor Show 2026” avtomobil sərgisi keçirilib

AVTO
246

Fins.az - Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının təşkilatçılığı ilə iyunun 26-28-də Sea Breeze Resort-da “Caspian Motor Show 2026” avtomobil sərgisi keçirilib.

Təşkilatçıların məlumatına görə, sərgidə 17 avtomobil markasını təmsil edən 50-dən çox müxtəlif model nümayiş etdirilib. Bununla yanaşı, golf avtomobilləri, motosikllər və digər mikromobillik vasitələri də sərgidə nümayiş olunaraq tədbirə rəng qatıb.

Sərgi çərçivəsində iki müxtəlif avtomobil markası öz yeni modellərini təqdim edib.

Qeyd edilib ki, “Caspian Motor Show” 26 ildir keçirilir.

Sərginin təşkilati dəstəyi Azərbaycan Avtomobil Federasiyası tərəfindən göstərilib.

Tədbirin dəstəkçiləri isə Sea Breeze Resort, Asor Group, Paşa Bank, Proven və VMF şirkətləri olub.

Layihənin informasiya dəstəyi Fins.az xəbər portalıdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sea Breeze Resort-da “Caspian Motor Show 2026” avtomobil sərgisi keçirilib — Fins.az — Fins.az