AVTO

02 Aprel

Tesla Model Y-nin qiymətini artırıb

Tesla-nın saytında yer alan məlumata görə, şirkət ABŞ-da bütün Model Y avtomobillərinin qiymətini min dollar artırıb. Buna uyğun olaraq Model Y əsas variantı 44 min 990 dollara, uzun məsafəli və performans variantları isə müvafiq olaraq 49 min 990 və 53 min 490 dollara satışa təqdim edilir.

Fins.az xəbər verir ki, Tesla, tələbin azalması və bazarda güclü rəqabətlə mübarizə apardığı bir mühitdə aprelin 23-də Çindəki fabrikində avtomobil istehsalını azaltmaq qərarına gəlib.

Mövzu ilə bağlı təfərrüatları təqdim edən mənbələr iddia etdi ki, şirkət rəsmiləri martın əvvəlində Şanxaydakı fabrik işçilərindən həftədə beş gün işləməyi və Çində istehsal olunan Model Y idman avtomobili, Model 3 sedanının istehsalını azaltmağı xahiş etdi.

Günel Məlikzadə
Fins.az