AVTO

28 Mart

"BYD" satışları bu qədər artırmağı hədəfləyir

Çinin elektrikli avtomobil istehsalçısı BYD-nin 2024-cü il üçün satışlarını 20 faiz artırmağı hədəflədiyi bildirilib.

Fins.az xəbər verir ki, BYD 2024-cü il üçün 3,6 milyon ədəd satış hədəfi qoyub. Bu rəqəm ötən ilin rekord satışları ilə müqayisədə 20 faiz artım deməkdir.

Mənbələr həmçinin bildirib ki, BTD-nin sədri Vanq Çuanfu çərşənbə günü investor yığıncağında etdiyi çıxışda dünyanın ən böyük elektrik avtomobil istehsalçısının bu il xaricə 500 min avtomobil satmağı hədəflədiyini və 2025-ci ildə bir milyona çatmaq istədiyini bildirib.

Wang'ın açıqlamaları, çərşənbə axşamı BYD-nin iki il ərzində ən yavaş rüblük mənfəət artımını bildirməsindən sonra gəldi.

Qeyd edək ki, BYD keçən ilin sonunda Tesla-nı keçərək dünyanın ən böyük elektrik avtomobil satıcısı olmaq üçün qlobal diqqət mərkəzinə düşdü. Bundan əlavə, şirkət rəqabət baxımından rəqiblərini narahat edən Avstraliya kimi xarici bazarlara aqressiv genişlənməyə başlamışdı.

Günel Məlikzadə
Fins.az