General Motors (GM) və Ford şirkətlərinin yüksək səviyyəli rəhbərləri avtomobil bazarı və mənfəət planları ilə bağlı optimist olduqlarını və ABŞ-da istehlakçı tələbinin güclü olmağa davam etdiyini bildiriblər.
Fins.az xəbər verir ki, GM-in Baş Maliyyə Direktoru Paul Jacobson, güclü fevral ayından sonra mart ayında avtomobil satışlarının "həqiqətən yaxşı" olduğunu söylədi. Tələbin kifayət qədər güclü olduğunu ifadə edən Jacobson, "Nəticədə ili çox yaxşı başladıq" dedi. GM 2-2,5 faiz qiymət endirimi proqnozlaşdırmışdı, lakin bu il qiymətlərdə heç bir azalma müşahidə edilməyib.
Ford Baş Maliyyə Direktoru John Lawler şirkətin illik əsas mənfəət proqnozunu 10-12 milyard dollar arasında təsdiqlədi. ABŞ bazarında "işlər olduqca yaxşı görünür" deyən Lawler, qiymətlərin gözlənildiyindən daha yaxşı vəziyyətdə olduğunu söylədi.
Bununla belə, Louler qeyd edib ki, elektrik avtomobillərinə tələbat "sənayenin gözlənilənindən xeyli aşağıdır". Lawler əlavə etdi ki, Fordun sedanların, yolsuzluq avtomobillərinin və yük maşınlarının əsasını təşkil edə biləcək yeni, ucuz elektrik avtomobil arxitekturası üzərində işləyən bir komanda var.
Günel Məlikzadə
Fins.az