2024-cü ilin yanvar–fevral aylarında Azərbaycanda 574 minik və 149 yük avtomobili istehsal edilib.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 25,9 faiz, yük avtomobili istehsalı isə 33 isə artıb.
Qeyd edək ki, cari ilin mart ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 232 minik və 64 yük avtomobili təşkil edib.