AVTO

26 Mart

Volkswagen-in 2027-ci il planı

Volkswagen öz modelini əvəz edəcək yeni giriş səviyyəli elektrik avtomobili üzərində işləməyə başladı. Brendin CEO-su Thomas Schaefer, "ID.1" adlandırılacaq modelin rəsmi olaraq 2027-ci ildə bazara çıxacağını açıqladı.

Fins.az xəbər verir ki, bu yaxınlarda jurnalistlərin suallarını cavablandıran Şefer bildirdi ki, Volkswagen ID.1 üçün dörd fərqli layihə üzərində işləyir. İcraçı direktorlar şurasının yaxın həftələrdə bu dörd layihədən birini seçəcəyini açıqladı. Volkswagen ID.1 üçün 20.000 avrodan aşağı qiymət qoymağa çalışacaq. 

Bu planlaşdırma çərçivəsində Volkswagen-in fərqli markalarla əl sıxa biləcəyi təklif edildi. Hətta bildirilir ki, Volkswagen  bu modelin xərclərini azaltmaq üçün Renault-nun qapısını döyür. Fransız istehsalçısı Twingo ilə eyni seqmentə daxil olacaq.

ID.1-dən əvvəl Volkswagen Polo ölçülü ID2all-ın istehsal versiyasını təqdim edəcək.

Günel Məlikzadə
Fins.az