AVTO

19 Mart

Mitsubishi elektron təbii qazın inkişafı üçün koalisiya yaradır

Mitsubishi Corp, elektrik təbii qazını (e-NG) təşviq etmək üçün koalisiya quracağını açıqladı.

Fins.az xəbər verir ki, Mitsubishi açıqlamasında e-NG-nin bərpa oluna bilən hidrogen və karbon dioksiddən (CO2) əldə edilən sintetik qaz olduğunu və mövcud infrastrukturlardan istifadə etməklə nəql edilə və saxlanıla biləcəyini bildirdi.

Yaponiyanın ticarət qurumu bildirib ki, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək üçün Mitsubishi və tərəfdaşları e-NG-nin inkişafını etibarlı, sərfəli və davamlı şəkildə sürətləndirməyi planlaşdırırlar.

Mitsubishi-nin digər tərəfdaşlarının Fransadan Engie, ABŞ-dan Sempra Infrastructure, Belçikadan TES və Yaponiyadan Osaka Gas and Toho Gas olacağı açıqlanıb. Digər tərəfdən, sözügedən şirkətlərin ilin ilk yarısında “e-NG Koalisiyası” adlı bir qrup qurmağı planlaşdırdıqları açıqlanıb.

Günel Məlikzadə
Fins.az