AVTO

12 Mart

"Ford" cərimə ödəyəcək

ABŞ-ın avtomobil istehsalçısı Ford Motor, yüz minlərlə Transit Connect avtomobilini səhv təsnifatlandıraraq və dəyərsizləşdirərək ABŞ gömrük qaydalarını pozduğuna dair ittihamları həll etmək üçün 365 milyon dollar ödəməyə razılaşıb.

Fins.az xəbər verir  ki, ABŞ Ədliyyə Nazirliyi Ford-un yüksək vergi ödəməmək üçün 2009-cu ilin aprelindən 2013-cü ilin martına qədər Türkiyədən idxal etdiyi yük daşıma furqonlarını səhv təsnifatlandırdığı iddiasından əl çəkməsi müqabilində 365 milyon dollar ödəyəcəyini açıqlayıb.

Açıqlamada, sözügedən məbləğin yaxın tarixdə ödənilən ən böyük gömrük rüsumu cəzalarından biri olduğu bildirilib.

"Ford Ədliyyə Departamentinin bəyanatındakı bir çox xarakteristikaları mübahisələndirir və bu məsələdə heç bir məsuliyyət daşımır. Bununla belə, biz bu mürəkkəb, on ildir davam edən problemi həll etmək üçün birdəfəlik razılaşmağa razılaşdıq", - Ford sözçüsü bildirib.

Günel Məlikzadə
Fins.az