Xiaomi, MWC 2024 çərçivəsində qlobal bazara təqdim etdiyi ilk elektrik avtomobili SU7 üzərindəki işləri sürətləndirdi. Şirkətin Çindəki fabrikindən alınan görüntülər SU7-nin yeni rəng seçimlərinin sınaqdan keçirildiyini ortaya qoydu.
Fins.az xəbər verir ki, Xiaomi, əvvəllər təqdim edilən “Gulf Blue” rəngindən fərqli rəng seçimlərini sınaqdan keçirir. Pekində çəkilmiş şəkillər göstərir ki, SU7 də mavi-boz, canlı narıncı və tünd bənövşəyi rənglərdə olacaq.
Şirkətin ilk avtomobil üçün sınaqdan keçirdiyi geniş palitrası klassik görünüş axtaranlardan tutmuş idman üslubuna üstünlük verənlərə qədər müxtəlif müştərilərin marağına səbəb olacaq. Rəsmi çıxış tarixi verilməsə də, SU7-nin reklamlarının artdığını söyləmək olar.
Günel Məlikzadə
Fins.az