AVTO

29 Fevral

Skoda-nın yeni SUV modeli

Skoda Hindistan bazarında satılacaq yeni SUV modeli üzərində işləyir. Bu gün şirkət 2025-ci ilin birinci yarısında təqdim olunacaq model haqqında ilk ipucunu paylaşıb. Hələ adı açıqlanmayan modelin uzunluğu 4 metrin altında olacaq. Buna səbəb 4 metrdən qısa olan avtomobillərin ölkədə daha az vergiyə cəlb edilməsidir.

Fins.az xəbər verir ki, Skoda-nın yeni kompakt SUV modeli bu bazar üçün xüsusi hazırlanmış MQB-A0-IN platformasından istifadə edəcək. Sözügedən model Kushaq və Slavia-dan sonra çex istehsalçısının eksklüziv olaraq Hindistan üçün təklif etdiyi üçüncü avtomobil olacaq. Hindistanda 4 metrdən qısa avtomobillər üçün seqment gərgin rəqabət səbəbindən olduqca çətin olur. Buna görə də Skoda əlini yeni modellə gücləndirmək istəyir.

Günel Məlikzadə
Fins.az