Keçən il Avropanın ən qaynar adlarından biri olan BYD də bölgədəki bazar payını artırmaq üçün istehsal layihəsini sürətləndirdi. Xatırlayırsınızsa, ötən aylarda Çin istehsalçısının ilk obyekti üçün Macarıstanı seçdiyini bildirmişdik. Ancaq görünür, Macarıstan BYD istəyən yeganə Avropa ölkəsi deyil.
Fins.az xəbər verir ki, iddiaya görə, BYD İtaliya hökuməti ilə görüş keçirib. Cenevrə avtosalonunda bu suallara üstüörtülü cavablar verən BYD Avropa direktoru Maykl Şu ikinci obyektin yalnız satışların yaxşı getdiyi təqdirdə nəzərdən keçirilə biləcəyini söylədi. Şu sözlərini "Hazırda satışlarımız gözlədiyimizdən də yaxşı gedir" deyərək tamamladı.
İtaliya Fiat-dan sonra ölkədə ikinci istehsalçıya sahib olmaq istəyir. Ölkənin baş naziri Giorgia Meloni Stellantis istehsalı daha ucuz bölgələrə keçirmək istəməsindən sonra bölgəyə daha çox istehsalçı cəlb etməyi planlaşdırır.
Günel Məlikzadə
Fins.az