AVTO

28 Fevral

Renault Çin avtomobilləri üçün "müttəfiqliyə" çağırır

Avropalı avtomobil istehsalçıları Çindən gələn ucuz elektrik avtomobillərindən ciddi şəkildə narahatdırlar. Rəqabəti pozan Çin istehsalçıları sürətlə yüksəlir və qloballaşma addımlarını da artırıblar. Çin istehsalçıları ilə rəqabət aparmaq üçün vacib çağırış Renault-un baş direktoru Luka de Meodan gəlir. Renault CEO Avropa avtomobil istehsalçılarını Airbus tipli konqlomerat yaratmağa çağırıb.

Fins.az xəbər verir ki, Airbus 2000-ci ildə Boeing kimi böyük Amerika şirkətləri ilə rəqabət aparmaq üçün Avropa aerokosmik şirkətləri arasında birgə müəssisə olaraq bir araya gəldi. De Meonun fikrincə, avropalı avtomobil istehsalçıları Çindən gələn sərfəli elektrik avtomobilləri ilə rəqabət aparmaq üçün oxşar iş görməlidirlər.

Bu həftə Cenevrə avtosalonunda "Biz həll yolu tapmaq üçün yaradıcı olmalıyıq" dedi və əlavə etdi:

"Tərəfdaşlar investisiyaları paylaşa və yeni avtomobillərin istehsal xərclərini azalda bilərlər. Digər tərəfdən, belə bir tərəfdaşlıq görünməmiş deyil. 1980-ci illərdə Alfa Romeo Fiat, Lancia və Saab Type 4 platformasında oxşar əməkdaşlıq edirdilər".

Günel Məlikzadə
Fins.az