Bir çox istehsalçılar 2024-cü ildə elektrik avtomobillərinə tələbatın azalacağını proqnozlaşdırırdılar. 2024-cü ilin ilk ayı bu gözləntiləri doğrultmuş kimi görünür. 2024-cü ilin yanvar məlumatlarına görə, ötən ilin çox hissəsini lider kimi keçirən Tesla 2024-cü ilin ilk ayında ilk 10-luğa belə girə bilməyib.
Fins.az xəbər verir ki, keçən il Tesla Model Y ilə baş-başa yarışan Dacia Sandero yanvar ayında qalib model olmağı bacardı. ACEA məlumatlarına görə, Sandero ümumilikdə 23 696 ədəd satmağı bacarıb. İkinci yeri 17 247 ədəd satışla Volkswagen Golf tutur. Ötən ilin eyni dövrü ilə müqayisədə Sandero-nun satışları 12 faiz, Golf-un satışları isə 50 faiz artıb.
Bürünc medal satışlarını 18 faiz artıraraq 15 883 ədədə çatdıran Peugeot 208-ə məxsusdur.
Keçən il Avropada ən çox satılan model olan Tesla Model Y hətta ilk 10-luqda yer tapa bilmədi. Yalnız 10 901 ədəd satıla bilən model siyahıda 19-cu yerdə qərarlaşıb.
Bununla belə, onu da qeyd etməliyik ki, Tesla ümumiyyətlə ilə yaxşı başlamır. Məsələn, elektrik avtomobil istehsalçısı ötən il aşağı satışla başlasa da, sonrakı aylarda da birinciliyi əldən verməyib. Yenə də ümumi satışların azaldığını açıq şəkildə görmək olar.
Qeyd edək ki, Tesla öz seqmentində taxtdan ayrılmır. Elektrikli avtomobil kateqoriyasında hələ də birinci yerdə olan Tesla Model Y-ni satışlarında 300 faiz artım göstərən Model 3 izləyir.
Günel Məlikzadə
Fins.az