AVTO

21 Fevral

Alpine A110 modelləri Türkiyəyə gəlir

Renault Group-un çətiri altında fəaliyyət göstərən idman avtomobil markası Alpine Türkiyəyə gəlir. Brend 1955-ci ildə yaradılıb və o vaxtdan bəri Renault mühərriklərindən istifadə edir. Xüsusilə Alpine A110 modeli markanın ikonik modelləri arasındadır. Brend 2017-ci ildə yeni konseptlə A110 modelini təqdim etdi. İşdə markanın yeganə modeli olan Alpine A110 modeli və onun fərqli versiyaları Türkiyəyə gələcək. Bu mənada Alpine A110 Türkiye qiyməti də təxmini də olsa açıqlanıb.

Fins.az xəbər verir ki, Renault Qrupunun 2017-ci ildə küldən qalxmasına köməklik etdiyi Alpine A110 indi Türkiyə bazarına girməyə hazırlaşır. Hazırda modelin dörd versiyası var: Alpine A110, A110 GT, A110S və A110 R. Türkiyədə ilk olaraq Alpine A110, A110 GT və S modellərinin satılacağı gözlənilir. Ən sürətli və yüngül model olan Alpine A110 R-nin Türkiyəyə ilk növbədə gəlib-gəlməyəcəyi bəlli deyil.

Alpine A110 giriş modeli 0-dan 100 km-ə 4,5 saniyəyə sürətlənir. Bu model 252 at qüvvəsi və 320 Nm fırlanma anı hasil etmək gücünə malikdir. Alpine A110 modelinin çəkisi 1102 kq.

Günel Məlikzadə
Fins.az