Renault Group 2023-cü il üçün maliyyə hesabatının nəticələrini açıqlayıb. Ötən il Renault Qrupunun iki avtomobili Avropada ən çox satılan avtomobillər siyahısında ilk 3-lükdə olub, Renault brendi isə 5-ci yerdən 2-ci yerə yüksəlib.
Fins.az xəbər verir ki, 2023-cü ilin birinci yarısında onun dövriyyəsi 2022-ci illə müqayisədə 13 faiz, sabit valyuta məzənnələri nəzərə alındıqda isə 17 faiz artaraq 52,4 milyard avro təşkil edib.
Renault Qrupunun İcraçı Direktoru (CEO) Luka de Meo qeyd edib ki, Renault Qrupu rekord nəticələr elan edib.
Böyük komanda səyinin nəticəsi olan bu rəqəmlərin Renaulution strategiyasının uğurunu əks etdirdiyini ifadə edən Meo, "Hər zamankından daha güclü təməllərimiz var və bununla kifayətlənməyəcəyik. 2024-cü ildə optimallaşdırmaya davam edirik" dedi.
Günel Məlikzadə
Fins.az