AVTO

19 Fevral

Huawei-nin avtomobili meydan oxuyub!

Huawei HarmonyOS infrastrukturuna malik Aito Wenjie M9 təhlükəli qəza ssenariləri ilə sınaqdan keçirilib. Çin Avtomobil Tədqiqat İnstitutu tərəfindən aparılan sınaqlar elektrik SUV modelinin təhlükəsizlik testlərindən tam qiymət aldığını ortaya çıxarıb.

Fins.az xəbər verir ki, Çində aparılan sınaqlar Wenjie M9-un iki ağır yük maşını arasında əzilməsini simulyasiya etdi. "Ağır yük maşını tıxacları" adlandırılan bu ssenaridə M9-un yaxşı çıxış etdiyi və sınaqdan keçməyi bacardığı bildirilir.

Test zamanı vasitə 30 tonluq ağır yük maşını itələdi. Buna baxmayaraq, onun struktur bütövlüyünü qoruduğu və ön kapotunun gözlənildiyi kimi zədələndiyi bildirilib. Ön tərəfdəki B, C və D sütunları da sərnişinləri qoruya bilib.

Başqa bir sınaqda isə saatda 50 km sürətlə gedən 8 tonluq yük maşını ilə toqquşub. Bu qəzadan sonra Wenjie M9-un bütün qapıları açıldı. Təcili işıqlar və təcili çağırış da düzgün işləyirdi. Qəza zamanı təhlükəsizliyi təmin etmək üçün yüksək gərginlik sistemi söndürülüb. Qəzadan sonra yanacaq sızması olmayıb və yanğına səbəb olmayıb.

Bildirilib ki, bu sınaqlardan tam qiymət alan Wenjie M9 ağır yük maşınlarından qabaq və arxa zərbələrdən qorunmaq üçün “Level A” sertifikatı alıb. Aito rəhbərləri vasitədə nüvə sualtı poladdan istifadə etdiklərini söyləyərək təhlükəsizliyin vurğuladılar.

Günel Məlikzadə
Fins.az