AVTO

19 Fevral

Minlərlə avtomobilin girişi qadağan edilib

ABŞ-da gömrükçülər “Volkswagen” qrupuna aid minlərlə avtomobili ələ keçirərək ölkəyə buraxmayıblar. 

Fins.az xəbər verir ki, Financial Times-da çıxan xəbərə görə yüzlərlə Audi, Porsche və Bentley markalı avtomobillər ölkəyə girişi qadağan edilən avtomobillər arasındadır.

Bütün bu lüks avtomobil markaları Volkswagen çətiri altında istehsal olunur.

Gömrük işçilərinin Almaniya istehsalı olan avtomobillərin ölkəyə buraxılmamasına səbəb avtomobillərin bir hissəsinin Çinin Uyğur Muxtar Bölgəsində istehsal olunmasıdır.

Parçanın məcburi əmək qanunlarını pozduğunu qiymətləndirən ABŞ səlahiyyətlilərinin bu səbəbdən ölkəyə girişə icazə vermədiyi bildirilib.

Məsələ ilə bağlı qəzetə danışan mənbələr, Volkswagen-in hadisə səbəbindən planlaşdırılan tədarükləri təxirə saldığını və sözügedən hissənin bütün avtomobillərdə dəyişdirilməsi üçün çalışdığını bildirib.

Qəzet yazıb ki, bir çox avtomobillərdə ehtiyat hissələri dəyişdiriləcəyi üçün proses martın sonuna qədər uzana bilər.

Günel Məlikzadə
Fins.az