AVTO

19 Fevral

Avtomobil sənayesindən 39 milyard dollarlıq ixrac hədəfi

2023-cü ildə ixracatını 35 milyard dollara çatdıraraq rekord qıran Türkiyə avtomobil sənayesinin bu il hədəfi 39 milyard dollar olaraq müəyyənləşib.

Fins.az xəbər verir ki, Uludağ Avtomobil Sənaye İxracatçıları Birliyinin (OİB) İdarə Heyətinin sədri Baran Çelik avtomobil sənayesinin keçən il 13% artımla 35 milyard 4 milyon 230 min dollarlıq ixracatla bütün zamanların rekordunu qırdığını bildirib.

Avtomobil sənayesinin 2022-ci il istisna olmaqla, son 18 ildə 17 ildir ixrac lideri olduğunu xatırladan Çelik, 2023-cü ildə ixracatda liderlik mövqeyini yenidən qazandıqlarını bildirib.

Günel Məlikzadə
Fins.az