Tesla çoxdan gözlənilən Cybertruck-u keçən noyabr təqdim etdi. Öz xüsusiyyətləri ilə diqqət çəkməyi bacaran bu elektrikli pikapın satışı davam edərkən istifadəçilərdən bezdirici şikayətlər gəlməyə başlayıb. Bu şikayətlər Tesla Cybertruck-un paslı olması ilə bağlı idi.
Fins.az xəbər verir ki, Tesla CEO- su Elon Musk 2019-cu ildə ilk dəfə elektrikli pikap modelini təqdim edərkən onun gövdəsinin ultra sərt paslanmayan poladdan, şüşəsinin isə şəffaf metal olduğunu və güllə keçirməz olduğunu söylədi. Ancaq son hadisələr bunun doğru olub-olmaması ilə bağlı çaşqınlıq yaratdı.
Bəzi Tesla Cybertruck sahibləri pas və korroziyanın ilkin əlamətləri olan elektrik avtomobillərinin xaricində narıncı ləkələrin görünməsindən şikayət etməyə başlayıblar. İstifadəçilər deyirlər ki, bu narıncı ləkələr avtomobil yağışda qalandan sonra yaranır.
Bir istifadəçi iddia etdi ki, Tesla Cybertruck-u alan zaman şirkət işçisi ona avtomobilin xüsusilə yağışda pas izləri əmələ gətirə biləcəyini və lazım olduqda cilalanması lazım olduğunu söylədi. Bu, istifadəçilərin şüurunda çaşqınlıq yaradıb.
Xatırladaq ki, Tesla Cybertruck qiyməti aşağıdakı kimidir;
- Tesla Cybertruck Arxa təkər 60 min 990 dollar
- Tesla Cybertruck tam ötürücülü 79 min 990 dollar
- Tesla Cybertruck Cyberbeast 99 min 990 dollar
Günel Məlikzadə
Fins.az