Nissan bəyanatında şirkətin 2023-cü maliyyə ili üçün cari balans hesabatları və bütün maliyyə ili üçün hərtərəfli cari hədəfləri və gözləntiləri açıqlanıb.
Fins.az xəbər verir ki, Yokohama mərkəzli şirkət 2023-cü ilin aprel-dekabr aylarında xalis mənfəətini əvvəlki maliyyə ilinin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə artırdı.
9 aylıq dövrdə şirkətin xalis mənfəəti 325,3 milyard yenaya (2,2 milyard dollar) yüksəlib.
Satış gəlirlərinin 22,3 faiz artaraq 9,17 trilyon yen (61,3 milyard dollar) olduğu bu dövrdə əməliyyat mənfəəti 65,1 faiz artaraq 478,3 milyard yenaya (3,2 milyard dollar) çatıb.
Şirkət 13 trilyon yen (87 milyard dollar) satış gəlirini hədəfləyir və 620 milyard yen (4,1 milyard dollar) əməliyyat mənfəəti gözləyir.
Günel Məlikzadə
Fins.az